Uranüs
- Ana Səhifə
- Məhsullar
- Uranüs
Uranüs 1512
NPK II mayə orqanomineral gübrəsi, bir çox orqanik qida komponentlərini özündə cəmləşdirən, toplam azot tərkibi 4% olan və azot formalarının çox homogen bir paylanma göstərdiyi, 1% təbii azot, 1% Amonyum azotu, 1% Nitrat azotu və 1% Üre azotu şəklində olan bir gübrədir. Eyni zamanda, tamamı suda həll olan Fosforpentaoksit də balanslı bir şəkildə bədənində saxlayır. Potasyum məzmunu, qeyd edilən qida maddəsi balansında 4% nisbət ilə öz yerini tutur. İcazə verilən minimum səviyyədə 0,18% xlor təşkil edir. Məhsulun içindəki təbii qida maddələri və NPK'nin hamısı asan alına biləcək formadadır.
Tərkibində əsas bitki qida maddələri olan azot, fosfor və potasyumla birlikdə, mis, dəmir, manqan, bor, molibdən və sink kimi əsas elementlərə sahib zəngin məzmunlu mayə bir gübrədir. Bu xüsusiyyəti ilə, həm vegetasiya dövründə həm də məhsul səmərəliyinə yönəlik, meyvələrin yetişmə dövrlərində də tövsiyə edilən əhəmiyyətli bir qida həllidir.
Meyvə dökülməsini minimuma endirir. Meyvələrin sərt və dolğun, rənglərinin canlı olmasını təmin edir. Meyvədə şəkər nisbətini artırır. Uranüs; xüsusilə çiçək-meyvə dövründə, bitkinin qidalanma stressi yaşadığı (soyuq-istilik-nəm-qida çatışmazlığı-qida alınmaması v.s.) hallarında tətbiq edilən bir məhsuldur. İçində bir çox bitki qida daşıyıcısı, inkişaf etdiricisı, ifrazatı təşviq edici maddələr var.
Xüsusilə üzüm və üzüm yarpağı istehsalı edilən yerlərdə məhsulun təbii mənşəli olması, yarpaqlara çox gözəl canlılıq, irilik, rəng və keyfiyyət qazandırdığından çox üstünlük verilir.
Çiçəkli bitkilərdə, çiçək dövrləri (polen əmələ gəlməsi-tozlanma) çox həssasdır. Bitkidə yaranan hər hansı bir stressdən (hava-qida çatışmazlığı-daşınmaması v.b.) ötürü polen əmələ gəlməsi qeyri-kafi olduğu üçün tozlanma da yetərsiz olur. Tozlanma normal olsa belə, meyvə böyüklüyü, forması və rəngi normal olmaya bilər. Bu səbəblərdən də Uranüs tətbiq olunduğu hər dövrdə bitkinin qidalanmasını və daha sonra inkişafını (yarpaq-tumurcuq-çiçək-meyvə-kök) sürətləndirərək, bitkinin tam qidalanmasını təmin edir. Heç bir qalıq qoymadığından və tərkibindəki bütün qidalar təbii mənşəli olduğu üçün orqanik əkinçilikdə rahatlıqla istifadə edilə bilər.
ORGANİK MADDƏ 15%
ÜMUMİ AZOT 4%
ORGANİK AZOT 1%
NİTRAT AZOTU 1%
AMMONİUM AZOTU 1%
KARBAMİD AZOTU 1%
ÜMUMİ FOSFOR PENTA OKSİDİ 1%
SUDA HƏLL OLUNAN FOSFOR PENTA OKSİDİ 1%
SUDA HƏLL OLUNAN POTASİUM OKSİDİ 1%
XLOR MİQDARI 0.18%
PH 3-5
Bitki | Doza | Tətbiq |
---|---|---|
Buğda, arpa, çovdar, yulaf, çəltik, tritikal (çovdar və buğda bitkiləri) |
100-350 qram/100 litr suya |
Kökləmədən başlayaraq herbisidlə birlikdə yarpaqlardan bir dəfə vurulur. Xəstəlik dərmanları ilə 2 dəfə istifadə edilir |
Pambıq, şəkər çuğunduru, kartof, soğan, sarımsaq, fıstıq, kök |
300-400 qram/100 lt suya |
Yarpaq əmələ gəlməsindən başlayaraq 1-3 dəfə yarpağa, damcı suvarmada isə 15 gün fasilələrlə eyni dozalar nəzərə alınmaqla 50-100 q/100 lt su tətbiq oluna bilər. Ümumi gübrə gündə 1 kq-dan çox olmamalıdır |
Qarğıdalı, günəbaxan, tütün, raps, yonca, senfron, qazon |
350 qram/100 lt suya |
Yarpaq əmələ gəlməsindən başlayaraq 1-3 dəfə yarpağa istifadə edilir |
Pomidor, badımcan, bibər, xiyar, balqabaq, qovun, qarpız, bamya, kəvər |
200-400 qram/ 100 lt suya |
Yarpaq əmələ gəlməsindən başlayaraq 1-3 dəfə yarpağa, damcı suvarmada isə 15 gün fasilələrlə eyni dozalar nəzərə alınmaqla 50-100 q/100 lt su tətbiq oluna bilər. Ümumi gübrə gündə 1 kq-dan çox olmamalıdır |
Kahı, kərəviz, brokkoli, kələm, gülkələmi, ıspanaq, tərə, roka, cəfəri, nanə, qulançar, şərbətçiotu, turp, enginar, çiyələk, mərcimək, noxud, fidan, paxla, lobiya, otaq bitkiləri |
100-350 qram/100 lt suya |
Yarpaq əmələ gəlməsindən başlayaraq 1-3 dəfə yarpağa, damcı suvarmada isə 15 gün fasilələrlə eyni dozalar nəzərə alınmaqla 50-100 q/100 lt su tətbiq oluna bilər. Ümumi gübrə gündə 1 kq-dan çox olmamalıdır |
Alma, armud, şaftalı, ərik, albalı, üzüm, sitrus meyvələri, heyva, fındıq, püstə, nar, zeytun, əncir, banan, avakado, kivi, gavalı, qoz, qızılgül |
100-350 qram/100 lt suya |
Fidanların əkilməsindən başlayaraq aktiv böyümə dövründə 1-4 dəfə yarpaqdan vurulur, köhnə ağaclarda doza 2 dəfəyə qədər artırıla bilər |