Satürn

Satürn

SKU: 2

SATÜRN 20-20-20+ME, xüsusilə istixana şəraitində və digər bütün kənd təsərrüfatı bitkiləri üçün nəzərdə tutulmuş, suda həll olan yüksək keyfiyyətli yarpaq və damcılama suvarma gübrələri seriyasıdır. Bu məhsullar, ən yüksək keyfiyyətli mənbələrdən əldə edilmiş xammal istifadə edilməklə hazırlanır.

SATÜRN 20-20-20+TE gübrələrinin istehsalında istifadə edilən Potasyum Nitrat (KNO3), Mono Amonyum Fosfat (MAP), Di Amonyum Fosfat (DAP) və Üre kimi kimyəvi birləşmələr, texniki xüsusiyyətləri və saflıq dərəcələri ilə fərqlənən yüksək keyfiyyətli maddələrdir. Bu kimyəvi birləşmələr, bir-birləri ilə uyğunsuz maddələrlə çirklənməyən və ağır metallar təşkil etməyən təmiz maddələrdir. Geniş kənd təsərrüfatı məhsulları və çiçəkçilik sahəsində etibarla istifadə edilə bilərlər. İçərisindəki EDTA xelatı sayəsində, bitkilər tərəfindən yem maddələri asanlıqla qəbul edilir və bitki daxilində effektiv şəkildə daşınır. Xlor və biüret kimi istənməyən birləşmələrin miqdarı çox aşağıdır. Suda tez həll olma xüsusiyyətinə malikdirlər. 

SATÜRN 20-20-20+TE, toxumlanma və cücərməni stimullaşdırır, kök formalaşmasını və inkişafını sürətləndirir. Bu da yaxşı çiçəklənmə və meyvə bağlamasını təmin edir, yüksək məhsuldarlıq və keyfiyyətli məhsul əldə etməyi stimullaşdırır, bitkinin soyuq və quraqlıq şəraitinə davamlılığını artırır. Bitkinin inkişaf dövrü boyunca istifadəsi məsləhət görülür.

SATÜRN 20-20-20+TE gübrələrində istifadə edilən bütün mikro-elementlər 0 EDTA xelatlaşdırılmışdır. Tövsiyə edilən dozalarda tətbiq edildikdə, həssas bəzək bitkiləri də daxil olmaqla, bütün kənd təsərrüfatı məhsullarında fitotoksisitə qorxusu olmadan rahatlıqla istifadə edilə bilər.

Bir çox pestisid və gübrə ilə qarışdırıla bilər, lakin yüksək alkalili qarışıqlarla istifadəsi tövsiyə edilmir. Bu xüsusiyyətlər sayəsində, istehsalçılar əldə etdikləri keyfiyyət və məhsuldarlıq artımından məmnun qalacaq və sərf etdiklərinin qarşılığını artıqlamasıyla alacaqlar. Yapraqdan damcılama, yağışlama və digər suvarma sistemləri vasitəsilə birbaşa torpağa da tətbiq edilə bilər. Suda asanlıqla həll olunma xüsusiyyəti, hər cür suvarma aləti ilə, hətta təyyarə ilə belə bütün suvarma sistemlərində rahat istifadə imkanı verir.

ÜMUMİ AZOT - 20%
NİTRAT AZOTU - 5.9%
AMMONİUM AZOTU - 3.9%
AZOT - 10.2%
SUDA HƏLL OLUNAN FOSFOR PENTA OKSİD - 20%
SUDA HƏLL OLUNAN POTASİUM OKSİD - 20%
SUDA HƏLL OLUNAN BOR - 0.01%
SUDA HƏLL OLUNAN MİS - 0.004%
SUDA HƏLL OLUNAN DƏMİR - 0.04%
SUDA HƏLL OLUNAN MANQAN - 0.02%
SUDA HƏLL OLUNAN SİNK - 0.03% 

Bitki Doza Tətbiq

Buğda, arpa, düyü, tiritkale (çovdar və buğda bitkiləri) 

 
200 qr/100 lt su 

Yarpaqların vurulması 1-3 dəfə şlamdan başlayaraq aparılır. 

Pambıq, şəkər çuğunduru, kartof, soğan, sarımsaq, fıstıq, kök 

 200 qr/100 lt su və ya 300 qr/100 lt su  

Yarpaq formalaşmasından sonra 1-4 dəfə yarpaqdan tətbiq edilir, eyni dozlar nəzərə alınaraq birbaşa torpağa və ya damcı sulama yolu ilə 7-15 gün aralığı ilə torpaq analizində müəyyən edilmiş Sink ehtiyacı hesablanaraq bəsləməyə davam edilir.

 Qarğıdalı, günəbaxan, tütün, raps, yonca, senfron, qazon

200 qr/100 lt su 

 Yarpaqlanma yarpaq əmələ gəlməsindən başlayaraq 1-4 dəfə edilir. 

Kahı, kərəviz, brokkoli, kələm, gülkələmi, ıspanaq, tərə, roka, cəfəri, nanə, qulançar, şərbətçiotu, turp, enginar, çiyələk, mərcimək, noxud, fidan, paxla, lobiya, otaq bitkiləri 

 200 qr/100 lt su 

Yarpaq formalaşmasından sonra 1-4 dəfə yarpaqdan tətbiq edilə bilər, ehtiyaca görə 15 gün arayla verilə bilər. Təkrar tətbiq edilə bilər. 

Alma, armud, şaftalı, ərik, albalı, üzüm, sitrus meyvələri, heyva, fındıq, püstə, nar, zeytun, əncir, banan, avakado, kivi, gavalı, qoz, qızılgül

 200 qr/100 lt su  

Fidanların əkilməsindən başlayaraq aktiv böyümə dövründə 1-4 dəfə yarpaqdan vurulur, yaşlı ağaclarda doza 2 dəfəyə qədər artırıla bilər.

Pomidor, badımcan, bibər, xiyar, balqabaq, qovun, qarpız, bamya, kəvər

200 qr/100 lt su və ya 300 qr/100 lt su 

Yarpaq əmələ gəlməsindən başlayaraq 1-4 dəfə yarpaq tətbiqi, eyni dozalar nəzərə alınmaqla birbaşa torpaq və ya damcı suvarma, torpaq analizində müəyyən edilmiş NPK tələbi hesablanaraq 7-15 gündən bir qidalanma davam etdirilir.