Sakura NP

Sakura NP

SKU: 5

Sakura NP 5-20 7-0+(4CaO)+(4MgO)

Fosfor (P):
- Enerji transferi, karbohidratların (şəkər və nişasta) daşınması və depolanması proseslərində əhəmiyyətli rol oynayır.
- Nüklein turşuların (DNA və RNA) sintezi və genetik məlumatın ötürülməsində mühüm funksiyalar yerinə yetirir.
- Çiçək, meyvə və kök strukturlarının inkişafını təşviq edir.
- Hüceyrələrin bölünməsi və yeni hüceyrələrin formalaşmasını stimullaşdırır.
- Meristem toxumalarının böyüməsini nizamlamağa kömək edir. 

Maqnezium (Mg):
- Xlorofil molekulu içində mərkəzi atom kimi fotosintez prosesində mühüm rol oynayır.
- Fosforun hüceyrələr arası daşınmasında və hüceyrələrdə yerləşdirilməsində əhəmiyyətli rol oynayır.
- Amin turşularının polipeptidlərə çevrilməsi prosesində iştirak edir.
- Enzim aktivliyinin tənzimlənməsində katalizator funksiyası daşıyır. 

Kalsium (Ca):
- Hüceyrə divarlarının formalaşmasında mühüm struktural komponentdir.
- Hüceyrə böyüməsi və uzanması proseslərini dəstəkləyir.
- Hüceyrə membranlarının keçirgənliyini tənzimləyir.
- Çiçəklənmə və kök inkişafını stimullaşdırır.
- Nitrat azotunun biosentezində əhəmiyyətli rol oynayır.
- Bitkinin xəstəliklərə, quraqlığa və stress şəraitinə qarşı davamlılığını artırır. 

SAKURA NP, Ca və Mg elementlərinin birləşməsi, xüsusilə mobil olmayan bu elementlərin meyvə formalaşması zamanı daşınmama problemlərindən qaynaqlanan çatışmazlıqları həll etmək məqsədi daşıyır. Meyvə və tərəvəzlərdə, məhsulun ehtiyaclarına cavab verən, bitkinin yarpaqları və meyvələrinə birbaşa püskürtülərək, NP, Ca və Mg elementlərini stomalardan tez və effektiv şəkildə əmilməsini və qeyd olunan bioloji funksiyaların sürətlə həyata keçirilməsini təmin edir.
 Praktikada, SAKURA bitkilərə tədbiq edildikdə, bitki meyvələri xeyli sürətli böyüyür, və özəlliklə dad və rəngin tez bir zamanda artmasına kömək edir. Misal üçün, pomidor, bibər, xiyar və digər qarğıdalılarda (qarpız, xardal və sair) çiçək ucunun çürüməsi, meyvə deformasiyaları kimi problemlər müşahidə edilir və bu məhsulun istifadəsi ilə bu problemlərin qarşısının alınması mümkündür. Eləcə də almada rast gəlinən qara ləkə kimi problemlər SAKURA ilə müalicə olunduğu zaman aradan qaldırılır. 
 
Qısacası, bir arada çətinliklə rast gəlinən qeyri-mobil elementlərin birləşdirilməsi ilə, lazım olan dövrdə istifadə üçün xüsusi hazırlanmış mükəmməl bir məhsuldur. Bu məhsul olmadan, ehtiyacların ayrı-ayrı üç-dörd fərqli məhsullarla qarşılanması cəhdi iqtisadi, texniki və işgücü cəhətdən əlverişsiz hesab edilir. 

SAKURA, fosfor tərkibli klassik gübrələr ilə yanaşı, Rhenania Fosfat və Bazik slaq kimi Avropada geniş istifadə edilən fosfor, kalsium və maqnezium mənbələri ilə zənginləşdirilərək məhsulun stabilizasiyası təmin edilmiştir. Klassik mənbələr ilə bu səviyyədə bir stabilizasiya əldə etmək çox çətindir. 

Ammonium Azot (NH4-N) 
Nitrat Azotu (NO3-N) 
Suda həll olunan Fosfor penta oksid (P2O5) %3 
Suda həll olunan Kalsium oksidi (CaO) %20,7 
Suda həll olunan Maqnezium oksidi (MgO) %4 

Bitki Doza Tətbiq

Alma, armud, albalı, sitrus meyvələri, fındıq, üzüm, qoz, şaftalı, alça, gavalı, nar, əncir 

Yarpaq tətbiqi dozası: 100-300qram/100 lt 

Torpaq tətbiqi dozası: 500-1000 qram/dekar (1000M2) 

Çiçəklər tökülüb meyvələr görülməyə başladıqdan sonra meyvə böyümə periodunda 2-4 dəfə 

 Pambıq, günəbaxan, qarğıdalı, soğan, sarımsaq, kartof, qovun, qarpız, balqabaq, şəkər çuğunduru, ispanaq, fidan, yonca 

Yarpaq tətbiqi dozası: 200-500 qram/100lt 

Torpaq tətbiqi dozası: 500-1000 qram/dekar (1000M2) 

Çiçəklənmədən sonra meyvə dövründə 10 günlük fasilə ilə 2-4 dəfə tətbiq edin

İstixanalarda və açıq sahələrdə pomidor, bibər, badımcan, digər taxıllar, buğda, arpa, yulaf, çəltik, çiyələk, kahı, bamya, xaşxaş, mərcimək, noxud, xiyar, lobya, soya. 

Yarpaq tətbiqi dozası: 100-200 qram/ 100lt su

Torpaq tətbiqi dozası: 300-500 qram/dekar (1000M2) 

Çiçəklənmədən sonra vegetativ dövrdə