ROKET LIQUID 5

ROKET LIQUID 5

SKU: 100005

Mayə dəniz yosunu 

  • Dəniz yosunu bitkilərdə xlorofilin əmələ gəlməsini sürətləndirərək yaşıl hissənin daha yaxşı inkişaf etməsini təmin edir, bunun nəticəsində daha çox karbohidrat, zülal və digər maddələrin sintezini artırır.
  • Bitkilərdə güclü kök sisteminin formalaşmasını təmin edir, bu da bitkilərin torpaqdan daha çox qida maddəsi və su almasına şərait yaradır. Sağlam və balanslı inkişafı dəstəkləyir. Tərkibində yüksək miqdarda olan Algin turşusu və Gibberellik turşusu kimi xüsusi əlavələr, bitki inkişaf tənzimləyiciləri ilə birlikdə çiçəklənmə sayını artırır, sürətli böyümə və meyvənin böyüklüyündə artım kimi təsirlər göstərir.
  • Suda həll olan qeyri-üzvi gübrələri kök zonasına toplayaraq, bitkinin ehtiyacı olduqca onları tədricən sərbəst buraxır.
  • Gübrə, makro və mikro qida elementlərinin torpaqdan balanslı və uzunmüddətli şəkildə mənimsənilməsini təmin etməklə məhsuldarlığı artırır və məhsul keyfiyyətini yaxşılaşdırır.
  • Üzvi gübrə toxumun cücərməsini sürətləndirir, bitkinin yaşama qabiliyyətini artırır. Fidanların həm daha tez, həm də daha möhkəm inkişaf etməsini təmin edir.
  • Torpaq üçün faydalı mikroorqanizmlərin inkişafı və çoxalması üzərində stimullaşdırıcı təsir göstərir; onların torpaqdakı sayını və aktivliyini artırır.
  • Dəniz yosunu gübrəsi, kənd təsərrüfatı dərmanlarının (zərai preparatların) təsirini müəyyən faiz nisbətində artırır.
  • Bitkilərin quraqlıq, günəş çatışmazlığı, həddindən artıq su, yüksək və aşağı temperatur kimi ətraf mühit streslərinə qarşı dözümlülüyünü gücləndirir.

Zəmanətli Tərkibi (w/w) 

  • Ümumi orqanik maddə: %5 
  • Suda həll olunan Kalium Oksid (K2O): %1 
  • Alginik Asit: %0,5 
  • Gibberellik Asit: 18 ppm 
  • Maksimum EC (Ds/m): 9 
  • pH: 6,4-8,4 
Bitki Doza Tətbiq

Buğda, Arpa, Çovdar, Yulaf, Çəltik, Tritikale (çovdar və buğda bitkiləri) 

30-80 gr/da 

Gövdələnmədən etibarən bir dəfə alaq otlarına qarşı dərmanla birlikdə yarpaqdan tətbiq edilə bilər. Xəstəlik dərmanları ilə 2-ci tətbiq aparıla bilər 

Pambıq, Şəkər çuğunduru, Kartof, Soğan, Sarımsaq, Yer fındığı, Yerkökü 

50-100 gr/da 

Yarpaq meydana gəldikdən etibarən 1-3 dəfə yarpaqdan tətbiq edilə bilər 

Qarğıdalı, Günəbaxan, Tütün, Yonca, Yonca növləri, Qazon 

50-100 gr/da 

Yarpaq meydana gəldikdən etibarən bir dəfə yarpaqdan tətbiq edilir 

Pomidor,Badımcan, Bibər, Xiyar, Qarpız, Yemiş,Kabak Balqabaq 

50-100 gr/da 

Yarpaq meydana gəldikdən etibarən 1-4 dəfə yarpaqdan tətbiq edilir, eyni dozalar nəzərə alınaraq 50-100 gr/100 lt su ilə damcı suvarma sistemi ilə 15 gün aralıqla tətbiq edilə bilər. Ümumi gübrə miqdarı 1 kq/da aşmamalıdır. 

Kahı, Kərəviz, Brokoli, Kələm, Gülkələmi,Roka, İspanaq, Cəfəri, Nanə,Qulançar, Mayaotu, Turp, Enginar, Mərci, Noxud, Çiyələk, Paxla, Fidan, Qarox, dekorativ bitkilər 

30-80 gr/da 

Yarpaq meydana gəldikdən etibarən 1-4 dəfə yarpaqdan tətbiq edilə bilər. Lazım gəldikdə hər 15 gündən bir təkrar tətbiq edilə bilər 

Alma, Armud, Qaysı, Şaftalı, Üzüm, Mandalin, Heyva, Fındıq, Fıstıq, Ayva, Fındıq, Zeytun, Əncir, Avokado, Banan, Kivi, Alça, Qoz, Gül 

50-100 gr/da 

Fidan əkinindən etibarən aktiv böyümə dövründə yarpaqdan tətbiq edilir. Yaş ağaclarda doz 2 qat artırıla bilər.