Merkür Mix

Merkür Mix

SKU: 100009

MERKÜR MIX, bitkilər üçün tamamilə EDTA ilə şelatlaşdırılmış, yüksək dərəcədə konsentrasiyalı və balanslı mikro qida məhluludur. Tərkibi, bitkilərin ümumi qida ehtiyaclarına uyğun şəkildə nizamlanmışdır. Bitkilərin mikro qida elementlərinə olan tələbatına qısa müddətdə cavab verən, zəngin tərkibli qida məhlulu kimi hazırlanmışdır.

  • Məhlulun tərkibindəki tam EDTA şelatlı sink (Zn), dəmir (Fe), bor (B), mis (Cu), manqan (Mn)molibden (Mo) elementləri bitkilərin dengəli və sağlam qidalanmasını təmin edir, böyümə və inkişafı dəstəkləyir. 

MERKÜR MIX:
 • Bitki boyunu, budaq sayını və yarpaq sahəsini artırır.
 • Bol çiçəklənmə, dənə və meyvə bağlama prosesini təşviq edir.
 • Meyvə tökülməsini minimuma endirir.
 • Məhsuldarlığı və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəldir.
 • Təbii mənşəli komponentlərdən hazırlandığı üçün üzvi əkinçilikdə istifadəyə uyğundur.
Metallik iz elementlərin hamısı EDTA ilə şelatlaşdırıldığı üçün məhsul alkali torpaqlarda belə bitki tərəfindən asanlıqla mənimsənilir.

  • Yüksək məhsuldar və keyfiyyətli məhsul əldə etmək üçün yalnız N, P, K (azot, fosfor, kalium) gübrələri kifayət etmir. Bununla yanaşı, bitkilərin mikro qida elementlərinə olan ehtiyacının da vaxtında və tam şəkildə qarşılanması vacibdir.
    İz elementlər, əsas qida maddələri (N, P, K) ilə sinergiya içində işləyərək, bitkidə yüksək məhsul və keyfiyyət üçün zəruri olan fizioloji əsasları formalaşdırır.
    Əgər hər hansı mikroelementin çatışmazlığı müşahidə olunursa, MERKÜR MIX tətbiqi ilə bu problem tez və effektiv şəkildə aradan qaldırılır. Məhsul yüksək dərəcədə konsentrasiyalı, tam EDTA şelatlıasan mənimsənilən formadadır.


    Element pH Aralığı
    Mis (Cu)  5 – 9
    Dəmir (Fe)  4 – 6
    Manqan (Mn)  4 – 11
    Sink (Zn)  3 – 7

Zəmanət Verilən Tərkibi (% w/w) 

  • Suda həll olunan Bor (B) %0,5 
  • Suda həll olunan Mis (Cu) (EDTA şelatlı) %1,0 
  • Suda həll olunan Dəmir (Fe) (EDTA şelatlı) %4,0 
  • Suda həll olunan Manqan (Mn) (EDTA şelatlı) %1,5 
  • Suda həll olunan Molibden (Mo) %0,05 
  • Suda həll olunan Sink (Zn) (EDTA şelatlı) %1,5  

    Mis (Cu), Dəmir (Fe), Manqan (Mn), Sink (Zn) hamısı EDTA ilə şelatlıdır. Şelatın stabil olduğu pH aralığı: 
    1. Mis (Cu) üçün pH 5-9 
    2. Dəmir (Fe) üçün pH 4-6 
    3. Manqan (Mn) üçün pH 4-11 
    4. Sink (Zn) üçün pH 3-7 
Bitki Doza Tətbiq

Avokado, Sitrus meyvələri, Üzüm bağı, Pomidor, Bibər, Badımcan, Paxlalılar, Soğan, Kartof, Balqabaq, Brokoli, Kahı, Qarpız, Yemiş, Zeytun, Badam, Gilas, Alma, Armud, Şaftalı, Gavalı, Ərik, Yerkökü, Pambıq, Yonca, Fındıq, Antepfıstığı, Soya, Sarımsaq, Əncir, Xiyar, Mərcimək, Fındıq, Şəkər çuğunduru, Günəbaxan, Noxud, Lobya 

100-250g/100 litr su 

Yarpaqdan və ya damcılama ilə tətbiq edilir. Ehtiyaca görə 1-4 dəfə təkrarlana bilər. 

Arpa, Buğda, Qarğıdalı, Düyü 

100-250g/100 litr su 

Yarpaqdan tətbiq edilir.